Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirildi - FOTO

Hazırda oxunan: Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirildi - FOTO

172389

Yanvarın 7-də Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bizim.Media xəbər verir ki, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin Azərbaycan xalqı tərəfindən böyük coşqu ilə qeyd edildiyi 2023-cü ilin parlaq illərdən biri olduğunu qeyd edib.

Azərbaycan Respublikasının bütün ölkə ərazisi üzrə suverenliyinin bərpa edildiyini diqqətə çatdıran Baş prokuror 2023-cü ildə ardıcıl hərbi-siyasi uğurların baş verməsi, o cümlədən 2023-cü ilin aprel ayında Ermənistan və Azərbaycan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulması, daha sonra isə 19 sentyabr 2023-cü il tarixdə 24 saatdan da az davam etmiş lokal xarakterli antiterror əməliyyatının keçirilməsi nəticəsində Respublikamızın ərazisində olan bütün terror yuvalarının tamamilə ləğv edildiyini, separatçılıq meyllərinə birdəfəlik son qoyulduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, ötən il oktyabr ayının 15-də Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydanına çevrilib, şəhərlərimiz və kəndlərimiz yenidən qurulmaqla, 5 mindən artıq məcburi köçkün öz doğma yurd-yuvalarına qayıdıb və bu proses davam etməkdədir.

Vurğulanıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Müşavirədə diqqətə çatdırılıb ki, 2023-cü il prokurorluq orqanları üçün də uğurlu il olub. Əlavə edilib ki, 2023-cü ildə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən qəsdən adam öldürmə faktları üzrə ötən illərdən bağlı qalmış 7 iş, rayon (şəhər) prokurorluqları tərəfindən 3 iş, (Ordubad, Bakı şəhər Nizami, Sumqayıt şəhər prokurorluqları), Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən isə 1 iş olmaqla, ümumilikdə 11 iş daxili işlər, dövlət təhlükəsizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılıb.
Bildirilib ki, qarşıda duran əsas vəzifələrdən biri Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələrindən ibarət cinayətkar birlik (təşkilat) tərəfindən törədilmiş cinayət faktlarına görə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin icraatında olmaqla birgə vahid istintaq qrupu tərəfindən istintaqı aparılan cinayət işinin yekunlaşdırılması və təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verilməsidir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin