Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb.
Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, birgə tədbirlər planına əsasən Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair keçiriləcək tədbirlərin yeri, icra vaxtı və icraya məsul şəxslər müəyyən olunub.
Tədbirlərin Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə, hərbi hissələr və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunması nəzərdə tutulub.
Cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişafı, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq, o cümlədən digər mövzularda tədbirlər keçiriləcək, maarifləndirici söhbətlər aparılacaq.
Bizim.Media
 

- A-
- A
- A+
Cəmiyyət
							11:22 / 07.01.2024
							
						Hərbi qulluqçularımızla maarifləndirici söhbətlər aparılacaq
						
							
								Hazırda oxunan: Hərbi qulluqçularımızla maarifləndirici söhbətlər aparılacaq							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Hərbi qulluqçularımızla maarifləndirici söhbətlər aparılacaq							
						172317
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































