Gecə saatlarında əsən güclü külək Qubanın ucqar yaşayış məntəqələrindən olan Aydınkənddə fəsadlara yol açıb.
Bizim.Media xəbər verir ki, kənd sakinləri Həsən Tarverdiyevin və Zöhrab Əlipaşayevin evlərinin dam örtüyünü külək uçurub.
Bundan əlavə, kənddə bir neçə yardımçı tikiliyə və tövlələrə ziyan dəyib. Təbii hadisə ilə bağlı Quba FHK məlumatlandırılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu