İnsanlar təsəvvürlərinə gətirə bilməzdilər ki, ətraf ərazilərdən əsasən hündürlükləri və xüsusi təbii landşaft forması ilə fərqlənən yüksək ərazilər palçıq vulkanları ola bilərlər. Əgər belə olmasaydı, 10 minlərlə insanın dəfn edildiyi Xırdalan qəbiristanlığını sönmüş və fəaliyyətini hələlik dayandırmış palçıq vulkanı üzərində salmazdılar.xa0
Düzdür, adi insanlar bunu bilməyə də bilərdilər, lakin bəs bu palçıq vulkanını qəbiristanlıq üçün ayıran əlaqədar təşkilatlar nə səbəbə bu ərazinin palçıq vulkanı olmasını müvafiq qurumlarla aydınlaşdırmadan qəbiristanlıq üçün istifadəsinə icazə veriblər? Ancaq artıq gecdir, bu palçıq vulkanı tam qəbiristanlığa çevrilərək üç tərəfdən fərdi yaşayış evləri ilə əhatələnib. Hələlik fəaliyyətsiz olan bu palçıq vulkanı vulkanın tam yüklənməsi, ərazinin seysmikliyi, iqlim və s. amillər nəticəsində bu vulkanın ayrı-ayrı hissələrində çatlar əmələ gəlib, sürüşmələr baş verməyə başlamışdır. Son illərdə baş vermiş sürüşmələr nəticəsində onlarca qəbir sürüşməyə məruz qalıb.xa0
Başqa bir misal: YUNESKO-nun “Xüsusi müdafiə olunan təbiət abidələri”x9d siyahısına daxil edilmiş Lokbatan, Qarabağ Axtarması və s. palçıq vulkanları çox intensiv olaraq tikinti materialı, sement sənayesi üçün xammal kimi istifadə edilir və vulkanlar dağıdılırlar. Müqayisə üçün deyək ki, Misir ehramlarına hər il dünyanın əksər ölkələrindən milyonlarla turist gəlir. Əgər hər hansı bir turist bu ehramlardan bir kiçik qəlpə daşı qoparıb aparmağa cəhd edərsə, çox böyük məbləğdə cərimə ediləcəyini bildiyindən heç bir turist buna cəhd etmir. Başqa sözlə, misirlilər öz tarixi abidələrini göz bəbəkləri kimi qoruyurlar. Bizdə isə dünyanın heç yerində olmayan təbiətin nadir abidələri insanların gözü qarşısında dağıdılıb məhv edilir. Buna qəti yol vermək olmaz.xa0
Osman Eminov
































































































