Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda qətiyyətli hərəkətləri, yəni bir dörd günlük, bir qırx dörd günlük və daha sonra dörd bir günlük əməliyyatlar onların tarixinin erməni ideoloqları üçün “Miatsum” adlı biabırçı səhifəsinə son qoydu.
Bizim.Media bu barədə “Caliber” “YouTube” kanalında təqdim olunan videosüjetdə bəhs edilir.
“Qarabağ nəhayət separatçı çirkabından təmizləndi və bir daha Qarabağ torpağına heç vaxt heç bir düşmən ayaq basmayacaq.
Buna baxmayaraq, hətta işğal illərində və ondan sonra da biz tez-tez erməni təbliğatının reallıqla heç bir əlaqəsi olmayan absurd tezisini eşitmişik, baxmayaraq ki, bunun artıq heç bir mənası yoxdur. Onlar hesab edirdilər ki, separatçıların qondarma respublikaları Kosovonun bir vaxtlar artıq tanındığı prinsipə - “Qurtuluş naminə ayrılma” prinsipinə əsasən tanınmaq və müstəqillik vermək hüququna malikdir və bu prinsipin qondarma separatçı respublikasına tətbiq edilə biləcəyinə inanırdılar.
Söhbət erməni təbliğatçılarının Qarabağ məsələsini Kosovo məsələsi ilə əlaqələndirmək cəhdlərindən gedir ki, onlar “Qurtuluş naminə ayrılma” və ya “Remedial secession” prinsipinin presedenti kimi burada təcrübədə tətbiq eildiyini qələmə verməyə çalışırdılar.
Bəzi hallarda, yəqin ki, daha inandırıcı olmaq üçün Beynəlxalq Ədalət Məhkəməsinin 2010-cu il qərarını bu prinsip əsasında əsaslandırdığı iddia edilirdi. Əslində, bu, təbii ki, yalandır", - deyə materialda qeyd edilib.
Daha ətraflı videosüjetdə:
- A-
- A
- A+
Cəmiyyət
21:42 / 04.01.2024
“Qurtuluş üçün ayrılma”: Kosovo və Qarabağ - VİDEO
Hazırda oxunan: “Qurtuluş üçün ayrılma”: Kosovo və Qarabağ - VİDEO
Hazırda oxunan: “Qurtuluş üçün ayrılma”: Kosovo və Qarabağ - VİDEO
172047
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.