Qəbələdə avtomobil piyadanı VURUB 

Hazırda oxunan: Qəbələdə avtomobil piyadanı VURUB 

172044

Qəbələdə piyadanın vurulması ilə nəticələnən qəza baş verib. Axşam saatlarında şəhər ərazisində yolu keçmək istəyən piyada minik avtomobili tərəfindən vurulub.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qəbələ şəhər ərazisində baş verib.  

Belə ki, 37 yaşlı Ramil Əhmədov Ramil yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarəti alan piyadanı elə hadisəni törədən sürücü Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Xəstəxanadan verilən məlumata əsasən piyadaya ilkin tibbi yardım göstərilib. Hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir.  

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin