Xəbər verdiyimiz kimi, Laçında 11 hərbçimiz qəzaya düşüb.
Qəzada həlak olanlardan biri Xaçmazın Sayad kəndindən olan Səxavət Fərasət oğlu Axundovdur.
Bu barədə faktı Bizim.Media-ya Xaçmaz İcra Hakimiyyətinin şöbə müdiri Vüqar Fərzəliyev təsdiqləyib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: 11 hərbçimiz qəzaya düşdü, ölən və yaralananlar var
Qeyd edək ki, Səxavət Axundov 3 oktyabr 2004-cü il təvəllüdlüdür və ailənin ikinci övladıdır. Onun böyük qardaşı Naiĺ Axundov da hərbçidir. O, Hərbi Dəniz Qüvvələrində maxedir.
Mərhum hərbçi sabah dəfn olunacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu