SON DƏQİQƏ: 11 hərbçimiz qəzaya düşdü, ölən və yaralananlar var

Hazırda oxunan: SON DƏQİQƏ: 11 hərbçimiz qəzaya düşdü, ölən və yaralananlar var

172019

Yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Azərbaycan Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Avtomaşında 11 nəfər olub. Onlardan 2-si həlak olub, 2-si ağır vəziyyətdə Xankəndi xəstəxanasına yerləşdirilib. Digər xəsarət alanlar isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin