''İƏT ərazilərin bəpasında Azərbaycana dəstək verəcək'' - Qurum rəsmisi  

Hazırda oxunan: ''İƏT ərazilərin bəpasında Azərbaycana dəstək verəcək'' - Qurum rəsmisi  

17190

“İƏT münaqişə ilə əlaqədar Təmas Qrupu yaradıb. Bu gün bu tədbirdə Təmas Qrupuna üzv dövlətlərin nümayəndələri iştirak edir”.

Bizim.Media-nln məlumatına görə, bunu bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında İƏT Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavesa Senqendo bildirib.

Əhməd Kavesa Senqendo deyib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan kəndlərini xarabağlığa çevirmələrinin şahidi olublar:

“Bərpa prosesləri öz-özlüyündə kifayət qədər çətin prosesdir. İƏT-in üzvləri bərpa prosesində Azərbaycan xalqına və dövlətinə öz dəstəyini davam etdirəcək. Biz üzvləri bu məsələdə öz dəstyini nümayiş etdirməyə çağırırıq”, - o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin