“Bu gün saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur”.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/saniyə, Şamaxı, Qobustan, Naftalan, Altağacda isə 18 m/saniyə təşkil edib:
“Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2,6 metrdir.
Hazırda Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR 6, Aran rayonlarında 13, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan şimal-qərb küləyi yanvarın 4-ü gecə saatlarından tədricən zəifləyəcək. Yanvarın 4-ü gündüz və 5-də Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyi əsəcək”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:28 / 03.01.2024
Küləkli hava nə vaxtadək davam edəcək?
Hazırda oxunan: Küləkli hava nə vaxtadək davam edəcək?
Hazırda oxunan: Küləkli hava nə vaxtadək davam edəcək?
171897
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.