Ölkənin şimalı 7 günlük bayram tətili günlərində çox qonaqlı-qaralıdır. Paytaxtdan bura axışan turistlərin axını ən çox Quba və Şahdağ turizm mərkəzinədir.
Bizim.Media xəbər verir ki, ərazilərdə güclü qar olmasa da Şahdağ və Qubanın Xınalıq istiqamətinə axın daha çoxdur. Hətta Qusar-Şahdağ, Quba-Qəçreş-Xınalıq, Quba-Təngəaltı istiqamətinə nəqliyyat vasitələrinin tıxacı yaranıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu