Toyda başqası ilə qaçan 17 yaşlı qız oğurluq da edibmiş - TƏFƏRRÜAT 

Hazırda oxunan: Toyda başqası ilə qaçan 17 yaşlı qız oğurluq da edibmiş - TƏFƏRRÜAT 

171863

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda 17 yaşlı qızın həyatı təhlükəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxsi yeri müəyyən edilərək ailəsinə təhvil verilib:

“Onu da qeyd edək ki, xanım 2006-cı il təvəllüdlüdür və ailə qurarkən 17 yaşı olub. Həyatı təhlükəsi yoxdur”.

Oxu.az-ın əldə etdiyi məlumata görə, xanımın bir müddət əvvəl itkin düşməsi barədə polisə məlumat daxil olub. O, evdən başqa kişi ilə qaçarkən 5000 dəyərində qızıl da aparıbmış.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin