Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağda yenidən qurulan şəhərlərimizə məcburi köçkünlərin qayıdışı prosesi davam edir. Bu günə qədər köç prosesi çərçivəsində çox sayda ailə doğma torpaqlarına qovuşub.
Köç prosesinin fonunda Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri davam edir.
Maraqlıdır, görəsən, Qarabağ nə vaxt təhlükəsiz əraziyə çevriləcək?
Hərbi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O qeyd edib ki, minatəmizləmə prosesi indiki templə davam etsə, təxminən 20 il çəkəcək:
“Bu işin icrası üçün təxminən 25 milyard dollar vəsait tələb olunur. Sözügedən məbləğ hesablanıb və elan olunub.
Ancaq dünyada “tamamilə təhlükəsiz ərazi” anlayışı ümumiyyətlə, mövcud deyil. Toqquşmalar, müharibələr, sərhəd hadisələri, insidentlər o qədər çoxalıb ki, hansısa ərazinin tam təhlükəsiz olmasına zəmanət verilə bilməz. Ancaq təhlükəsizliyin təmin olunması üçün mühüm addımlar atıla bilər”.
O əlavə edib ki, Ermənistan hələ də öz niyyətlərindən əl çəkməyib:
“İndiki güc nisbəti fonunda Azərbaycana təhdid yaratmaq imkanları hələlik məhduddur. Amma Ermənistanın silahlanmaqdan əl çəkməməsi gələcəkdə Azərbaycana qarşı revanş niyyətlərini ortaya qoyur”.
Məhərrəm Əliyev, Bizim Media
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 03.01.2024
Qarabağın minalardan təmizlənməsi nə qədər zaman ALACAQ?
Hazırda oxunan: Qarabağın minalardan təmizlənməsi nə qədər zaman ALACAQ?
Hazırda oxunan: Qarabağın minalardan təmizlənməsi nə qədər zaman ALACAQ?
171853
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.