Zahid Orucun müdafiəsi üçün 40 mindən artıq İMZA toplanıb

Hazırda oxunan: Zahid Orucun müdafiəsi üçün 40 mindən artıq İMZA toplanıb

171770

7 fevral 2024-cü il tarixində keçiriləcək prezident seçkilərində öz təşəbbüsü ilə namizədliyini irəli sürən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzaları Mərkəzi Seçki Komissiyasına təqdim olunub. 

Bizim.Media xəbər verir ki, Seçki Məcəlləsinə müvafiq olaraq, 60 dairədən minimum 50 imza olmaqla, etibarlı imzaların sayına dair müəyyənləşdirilmiş kvotada toplanan imzalarla birlikdə, namizədin gəlirlərinin miqdarı və mənbələrinə dair məlumat, o cümlədən, mülkiyyət hüququ əsasında ona məxsus əmlak barəsində sənədlər və ilkin maliyyə hesabatı da seçici imzalarına əlavə olunaraq, MSK-ya təqdim edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin