"Ata nənəm Raziyə Şuşada doğulub, boya-başa çatıb. Şuşada işləyən babamla ailə qurub, Gəncəyə köçüb. Nənəm Şuşanı çox sevirdi, həmişə Şuşa şəhərindən çox böyük həvəslə danışardı."
Bu sözləri Şuşada səfərdə olan, Bizim.Media-nın əməkdaşı Məqsəd Rəhimov deyib.
Əməkdaşımız Şuşadan götürdüyü torpağı nənəsininin məzarına apacağını deyir.
Şuşadan torpaq götürüb doğmalarının qəbrinə aparan digər həmkarımız isə Quba rayonunda yayımlanan "Qafqaz"tv-nin əməkdaşı Elçin Əsəddidir.
Elçin də Şuşadan götürdüyü torpağı əslən Şuşadan olan valideynlərinin məzarına səpəcəyini deyib. Müsahibim deyir ki, yay tətilini həmişə Şuşada keçirib, sonuncu dəfə isə 1989-cu ildə burada olduqlarını bildirib. Elçin Əsəd 7 yaşı olarkən 1979 -cu ildə Şuşada çəkdirdikləri fotosunu da paylaşıb. Bildirib ki, ermənilərin yerlə yeksan etdiyi Şuşanı indi yenilənmiş, abadlaşmış görməsi onu çox sevindirib.
- A-
- A
- A+
Cəmiyyət
15:40 / 02.01.2024
Şuşadan torpaq götürən həmkarlarımız - VİDEO
Hazırda oxunan: Şuşadan torpaq götürən həmkarlarımız - VİDEO
Hazırda oxunan: Şuşadan torpaq götürən həmkarlarımız - VİDEO
171767
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.