AMİP lideri 75 yaşlı şair-publisisti yubiley münasibətilə təbrik etdi

Hazırda oxunan: AMİP lideri 75 yaşlı şair-publisisti yubiley münasibətilə təbrik etdi

171746
Moderator.az xəbər verir ki, AMİP Lideri Etibar Məmmədov görkəmli şair-publisist xa0Eldar İsmayılın 75 illik yubleyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli Eldar müəllim!

Sizi 75 illik yubleyiniz münasibəti ilə təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayıram.xa0


Siz, cağdaş Azərbaycan ədəbiyyatına və publisistikasına yeni çalarlar gətirərək xa0böyük bir yaradıcılıq məktəbi yaratmısınız. Sizin əsərlərinizdə həm doğma Vətənmizin tərənnümü, mübarizliyə səsləniş, həm də incə bir nisgil və torpaq həsrəti var. Bu vəhdət, xa0yurd-yuvaya, el-obaya bağlılıq, millət və xalq sevgisi, işıqlı gələcəyə inam hissləri Sizin çoxşaxəli bədii və publisistik yaradıcılığınızın qayəsini təşkil edir. Gərgin zəhmətinizin və parlaq istedadınızın bəhrəsi olaraq müəllifi olduğunuz əlliyə yaxın kitab zəngin bir xəzinədir. Şerləriniz dillərdə əzbər olub, əsərləriniz sevilə-sevilə oxunur. Siz təkcə Azərbaycan xalqı üçün deyil, ümumi Türk toplumu üçün yazan-yaradan, Turan yolculuğu edən ədiblərmizdənsiniz. Bu əvəzsiz xidmətlərinizə görə nüfuzlu mükafatlara, təltiflərə layiq görülmüsünüz.xa0
"Ulu Göyçə", "Mən kiməm", "Türkün xilaskarı", "Ulu Turan yolunda" adlı poemalarınızda odlu vətənpərvərlik duyğusu ilə tamamlanmış silsilə şeirləriniz, "Göyçənin qisası qalır" və "Səttar oğlu" tarixi romanlarınız, "Məndən ötrü Ermənistan yoxdu, yox", "Ağrı dağı qədər ağrılarım var", "Ermənistan türklərinin 1988-ci il soyqırımı" publisistik əsərləriniz Sizə böyük şöhrət qazandırıb. Jurnalist fəaliyyətiniz “əməkdar jurnalist”x9d fəxri adına layiq görülüb. Bu və digər əsərləriniz gənclərin milli ruhda və hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsi üçün qiymətli vəsaitlərdir.
Sizin ictimai-siyasi fəaliyyətiniz və tutduğunuz fəal vətəndaş mövqeyiniz təqdirəlayiqdir. Hələ ötən əsrin səksəninci illərinin sonlarında vüsət alan Milli Azadlıq Hərəkatında ön sıralarda olmusunuz. Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşmasında Sizin də əməyiniz var. Uzun illər Azərbaycan Milli İstiqlal Partiyasının sıralarında dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində, sivil dəyərlərin intişar tapmasında, milli maraqların müdafiəsində xa0onminlərlə silahdaşlarınızla hər zaman bir yerdə, çiyin-çiyinə olmusunuz. Bir ağsaqqal, dünyagörmüş təcrübəli ziyalı kimi partiyada hörmət qazanmısınız, tövsiyə və nəsihətlərinizə həmişə ehtiyac duyulub.xa0
Bu gün də Vətəninə, Xalqına və Dövlətinə yorulmadan, şərəflə xidmət göstərirsiniz. xa0Arzu edirəm ki, tezliklə həsrətində olduğunuz zaman-zaman itirilmiş doğma torpaqlarımıza qayıtmaq, Bütöv və Ciçəklənən Azərbaycanımızı görmək Sizə də qismət olsun. Yaradıcılığınızdakı Vətən həsrəti, Torpaq nisgili aradan götürülsün, Göyçənin və digər Qədim Oğuz Yurdunun qısasının alındığı günün şahidi olasınız.xa0
Sizi bir daha təbrik edir, gümrahlıq və yeni-yeni xa0yaradıcılıq uğurları arzulayıram. xa0 xa0

Etibar Məmmədov
AMİP Lideri
10 mart 2017-ci il, Bakı şəhəri"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin