Göyçayda 6 otaqlı fərdi ev yanaraq külə dönüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb. yanğın hadisəsi baş verib.
Belə ki, Çaxırlı kənd sakininə məxsus ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış ev yanar konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb.
Hadisə yerinə Göyçay rayon dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu