Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu Bakının Nərimanov rayonu ərazisində üzərinə tezalışan maddə tökərək yandırıb və hadisə yerində ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov açıqlama verib.
"Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb. Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidərəndə Salyan rayon Vəkil Bürosunun müdri ilə əlaqə saxladım. Büro müdri dedi ki, son zamanlar gərgin idi. Kollegiya ilə onun arasında hər hansısa problem baş verməyib.
Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq" – deyə Bağırov deyib.
Sədr Zaur Məmmədovun yaxınlarına başsağlığı verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:04 / 01.01.2024
Bakıda vəkil özünü YANDIRIB
Hazırda oxunan: Bakıda vəkil özünü YANDIRIB
Hazırda oxunan: Bakıda vəkil özünü YANDIRIB
171691
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.