"Mançester Yunayted" müdafiəçi Rafael Varanla müqaviləni daha bir mövsüm uzatmaq seçimini aktivləşdirməmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilib ki, 30 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Klub müqavilənin uzadılması variantını rədd edib. Çünki klub Varana azaldılmış maaşla yeni müqavilə təklif etmək istəyir. Fransalı oyunçu hazırda "Yunayted"də həftədə 340 min funt sterlinq qazanır.
Varan 2021-ci ilin yayında 40 milyon avroya "Real"dan "Mançester Yunayted"ə keçib. O, "qırmızı şeytanlar"ın heyətində 79 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:05 / 01.01.2024
"Mançester Yunayted" müqaviləni uzatmaq bəndini aktivləşdirməyəcək
Hazırda oxunan: "Mançester Yunayted" müqaviləni uzatmaq bəndini aktivləşdirməyəcək
Hazırda oxunan: "Mançester Yunayted" müqaviləni uzatmaq bəndini aktivləşdirməyəcək
171685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.