“Ömrün Naxçıvan aşırımları: Həmrəylik” filmi təqdim olundu - VİDEO

Hazırda oxunan: “Ömrün Naxçıvan aşırımları: Həmrəylik” filmi təqdim olundu - VİDEO

171552

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarı kimi dövlətçilik tariximizdə müstəsna yeri olan görkəmli şəxsiyyətdir. Prezident İlham Əliyevin sərəncamı ilə bu il ölkəmizdə ulu öndərin 100 illik yubileyi silsilə tədbirlərlə qeyd olunur. 

Ötən əsrin 90-cı illərinin əvvəllərində ümumilli liderin Naxçıvandakı fəaliyyəti Azərbaycanın siyasi tarixinin ən keşməkeşli dövrüdür. Azərbaycanın dövlət quruculuğunda bu mərhələ tarixi əhəmiyyət daşıyır. Bu illərin xalqımız üçün ən mühüm və vacib məqamlarından biri də Dünya Azərbaycanlılarının təşkilatlanmasının, birləşməsinin və bunun hüquqi sənəd kimi təsdiqlənməsinin, bir sözlə həmrəyliyimizin əsasının qoyulmasıdır. 

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Naxçıvan Televiziyası “100 illiyə 10 film” layihəsi çərçivəsində “Ömrün Naxçıvan aşırımları: Həmrəylik” filmini ərsəyə gətirib. Bu film “Heydər Əliyev ili”ndə çəkilən 4-cü filmdir.

Filmin məqsədi Ümummilli lider Heydər Əliyevin Naxçıvandakı fəaliyyətini yaşatmaqdır.

Film Naxçıvan televiziyasının arxiv kadrları əsasında geniş auditoriyaya təqdim olunub. 

30 dəqiqəlik filmin çəkilişləri Bakı, Naxçıvan, Ankara və Qars şəhərlərində aparılıb.                
Qeyd edək ki, filmdə ümummilli lider Heydər Əliyevin 1992-ci ilin 31 dekabrında Həmrəylik Günündə Naxçıvan televiziyasına tarixi müsahibəsi də təqdim olunub.  

Xatırladaq ki, filmin layihə rəhbəri və ssenari müəllifi Sahil Tahirli, məsləhətçi Anar Tahirov, prodüser Əlibala Məhərrəmzadə, quruluşçu rejissor Fərhad Zamanbəyov, redaktor İlkin Rzayev, rejissor Faiq Abbasoğlu, operatorlar İlqar Məhərrəmov, Uğur Bağırov, səs rejissoru Elçin Məmmədov, qrafika Müseyib Quliyev, musiqi tərtibatçısı Yaqut Süleymanova, işıqçı Əli Qurbanovdur. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin