"Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilib

Hazırda oxunan: "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilib

171427

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Dəyişikliyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 15.3-cü maddə əlavə edilib:

“15.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.

Bu Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin