Bayram günlərində necə qidalanmaq lazımdır? – Qida mütəxəssisindən XƏBƏRDARLIQ

Hazırda oxunan: Bayram günlərində necə qidalanmaq lazımdır? – Qida mütəxəssisindən XƏBƏRDARLIQ

171398

“Bayram günlərində hər hansı bir xəstəlikdən, xüsusən də hipertoniyadan, ürək damar xəstəliyindən, şəkərli diabetdən əziyyət çəkən insanlar qidalanmalarına xüsusilə diqqət etməlidirlər. Çünki, orqanizmimiz standart çalışma mexanizminə malikdir. Ona görə də bayram günlərində orqanizmimiz çox qəbul edilən qidaları düzgün həzm edə bilmir. Bu da mövcud xəstəliklərin kəskinləşməsinə və ağırlaşmasına səbəb ola bilər”.

Bunu Bizim.Media-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, bayram günlərində qidalanma zamanı hər hansı bir problemlə rastlaşmamaq üçün ilk növbədə qidaların hazırlanmasına diqqət olunmalıdır:

“Mümkün qədər az yemək hazırlanmalıdır ki, hamısı istehlak olunsun. Yaxşı olar ki, bayram süfrəsi hazırlanarkən bir növ heyvanın ətindən istifadə edilsin. Bəzilərimiz belə günlərdə qırmızı ətlə quş ətlərini qarışıq şəkildə qəbul edir ki, bu da ciddi fəsadlara yol açır. Yaxşı olar ki, yeməklərin bol olduğu süfrələrdə qazlı, rəngli suların qəbulundan qaçılsın. Belə hallar uşaqlarda, qocalarda və xəstələrdə ciddi fəsadlar törədə bilər”.

Məhsəti Hüseynova bayramla bağlı bəzi riskli qidaları hazırlayarkən və saxlayarkən diqqətli olmağı tövsiyə edib:

“Bəzi qidaların hazırlanması və saxlanması zamanı zəhərlənmə riskləri var. Ümumiyyətlə, ətin bir dəfə donu açılmalıdır və bişirilməlidir. Bişirilən qidalar termiki emala məruz qaldığı üçün yalnız istehlak ediləcəyi qədər bişirilməlidir.

Ümumiyyətlə, bişirilmiş qidaları ertəsi günə saxlamaq tövsiyə olunmur. Çünki, saxlanılarkən qidanın tərkibi dəyişir. Xüsusilə də ətlərdən, tərəvəzlərdən və mayonezlərdən hazırlanmış salatlara qarşı diqqətli olmaq lazımdır.

Çox təəssüf ki, bəzi insanlar hazırlanmış salatları hətta bir neçə gün saxlayırlar. Halbuki, bir neçə gün saxlanılan salatlar həzm sistemini pozur, immun sistemini aşağı salır. Həmin qidaları qəbul edəndən sonra insanlarda ağırlıq və şişkinlik müşahidə olunur. Bu da həmin qidanın pozulması ilə əlaqədardır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin