“Vətəndaşın büdcə bələdçisi” hazırlanıb - FOTO

Hazırda oxunan: “Vətəndaşın büdcə bələdçisi” hazırlanıb - FOTO

171362

Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının 2024-cü ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi” hazırlanaraq Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, hər il ənənəvi olaraq hazırlanan bələdçidə dövlət və icmal büdcələrin əsas parametrləri, büdcə layihəsinin hazırlanması prosesində görülmüş işlər, büdcə gəlirlərinin formalaşma mənbələri və xərclərin istiqamətləri barədə əsas məlumatlar əks olunub. 

Vətəndaşların ixtiyarına verilən bələdçidə 2024-cü ildə hökumətin həyata keçirəcəyi sosial-iqtisadi layihələr, həmçinin mühüm xərc istiqamətləri olan ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin edəcək sürətli bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, iqtisadi inkişafın stimullaşdırılması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, təhsil, səhiyyə xərcləri və dövlətin əsas vəzifə və funksiyalarının həyata keçirilməsi üçün yaradılan maliyyə təminatı barədə məlumatlar əldə etmək olar.

Beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də Açıq Büdcə Sorğusunun metodologiyasına və tələblərinə uyğun olaraq hazırlanan sənəd büdcə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində son illərdə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Hazırlanmış bu nəşr vətəndaşlara büdcə sahəsində bələdçilik edəcək, büdcənin daha asan və aydın şəkildə başa düşülməsində yardımçı olacaqdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin