Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şəhər ərazisində keçirilən tədbirlər zamanı pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 5 nəfər müəyyən olunub.
Həmin şəxslərdən müxtəlif növ pirotexniki vasitələr, partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb.
Faktlarla bağlı onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün şəhər məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:43 / 29.12.2023
Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslər AŞKARLANDI - FOTO
Hazırda oxunan: Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslər AŞKARLANDI - FOTO
Hazırda oxunan: Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslər AŞKARLANDI - FOTO
171354
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.