Yay aylarında avtomobillərin qiyməti daha da bahalaşacaq - PROQNOZ

Hazırda oxunan: Yay aylarında avtomobillərin qiyməti daha da bahalaşacaq - PROQNOZ

17134

“Avtomobil bazarında əsasən yeni model avtmobillərin qiymətində artım müşahidə olunur”.

Bu sözləri Bizim.Media-ya əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı söyləyib.

Son dövrlərdə ölkədə istehlak qiymətlərinin artımı ilə bağlı informasiyalar genişlənib. Bunun səbəbləri sırasında yanacaq qiymətlərin artımı dayanır. Yanacağın qiymətinin artması avtomobil bazarında da bahalaşmaya təsirini göstərib. Bəzi sahibkarlar heç bir əsas olmadan qiymət artımı edirlər.

Təkrar avtomobil bazarına gəldikdə isə burada qiymət artımı mövsümü fakta bağlıdır. Yay aylarında təklifin məhdudlaşması prosesi gedəcək. Və qiymətlər daha da bahalaşacaq. Təkrar avtomobil bazarında qiymət artımı idxala əsaslanan məsələdir”. 

R. Osmanlı bildirib ki, qiymətlərin artımı və mövsümü faktordur. İndiki vəziyyətdə avtomobilin qiymətləri ucuzlaşmalı idi:

“Manat üzərində çox basqılar oldu, pandemiya iqtisadiyyatı geri saldı. Lakin biz istehlak qiymətlərinin artmasın bir çox sahələrdə olduğu kimi avtomobil bazarındada qiymət artımına səbəb olmasının şahidi olduq.

Bizə əsasən, ABŞ, Gürcütsan Almaniya,Yaponiyada avtomobilər idxal olunur. Bu ölkələrdən gələn yeni model avtomobillərin qiymətində yay aylarında daha da bahalaşma müşahidə edəcəyik”.

Qiymətləri öyrənmək üçün Badamdardakı maşın bazarı ilə əlaqə saxladıq. Satıcı Nurlan Abdullayev deyir ki, dizel ilə işləyən sedan avtomobillərin qiyməti artıb: 

“Avtomobillərin bahalaşmasına gömrük rüsumları təsir göstərir. Gürcüstan yolunun bağlı olması avtomobillərin qiymətini 2 dəfə bahalaşdırıb. Almaniya, Koreya, ABŞ-dan gətirilən maşınların qiyməti də çox qalxıb. Gömrük Komitəsi avtomobillərin ölkəyə gətirilməsinə həddən çox rüsüm tətbiq edib. Əsasən 2005-2011-ci illərdə istehsal olunan maşınların qiyməti artıb.

Adətən bu illərdə istehsal olunan maşınları taxsi sürücüləri alırlar. Yanacaq bahalaşdığı üçün istər-istəməz avtomobillərində qiyməti qalxıb. Almaniyanın 9500 AZN-nə olan maşınlarını indi 11500 -1200 min manata satırıq. 1995-2001-ci illərdə istehsal olunan  avtomobillərin də qiyməti yüksəlib”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin