Şabran rayonunda fəaliyyət göstərən “Yeni Qalaltı Hotel Company” MMC-yə məxsus pul vəsaitlərinin mənimsənilməsi faktı bağlı rayon prokurorluğunda aparılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Bizim.Media-ya Şabran Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, istintaqla cəmiyyətin işçiləri Seyfəddin Cəfərli və Ehtiram İbrahimovun qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar edilən MMC-yə məxsus 2 ədəd “Hyundai County” markalı avtobusları ümumilikdə 121 min 400 manata sataraq əldə olunan pul vəsaitlərini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Seyfəddin Cəfərli və Ehtiram İbrəhimov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İbtidai istintaq zamanı MMC-yə vurulmuş ziyanın 75 min manat hissəsinin ödənilməsi təmin edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:53 / 29.12.2023
Şabranda hotelin 2 avtobusunu satan 2 əməkdaş HƏBS OLUNDU
Hazırda oxunan: Şabranda hotelin 2 avtobusunu satan 2 əməkdaş HƏBS OLUNDU
Hazırda oxunan: Şabranda hotelin 2 avtobusunu satan 2 əməkdaş HƏBS OLUNDU
171311
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.