Biləsuvarda atasını öldürən şəxsin cinayət işi YEKUNLAŞDI

Hazırda oxunan: Biləsuvarda atasını öldürən şəxsin cinayət işi YEKUNLAŞDI

171275

Sentyabrın 7-də Biləsuvar rayon sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Biləsuvar rayon prokurorluğu yayıb.

İstintaqla Oqtay Soltanovun həmin tarixdə Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin