“Azərbaycan tarixində ilk dəfə olaraq dövlət və özəl sektorda çalışan muzdlu işçilərin sayı bərabərləşib”.
Bizim.Media xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.
Nazir bildirib ki, Azərbaycanda mülki sahədə çalışan muzdlu işçilərin sayı tariximizdə ilk dəfə olaraq 1 milyon 800 min nəfəri ötüb:
“Uzun illərdir ki, hər zaman muzdlu əmək münasibətlərində dövlət sektoru üstünlük təşkil edirdi. Artıq bununla bağlı göstəricilər bərabərləşib. Son 5 il ərzində özəl sektor üzrə 400 mindən artıq iş yeri yaradılıb. Bu sahədə özəl sektorun atdığı addım yüksək qiymətləndirilməlidir və görülən işlər ölkə iqtisadiyyatının inkişafı üçün çox mühüm addımdır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
02:37 / 29.12.2023
Sahil Babayev: “İlk dəfə dövlət və özəl sektorda çalışan muzdluların sayı bərabərləşib”
Hazırda oxunan: Sahil Babayev: “İlk dəfə dövlət və özəl sektorda çalışan muzdluların sayı bərabərləşib”
Hazırda oxunan: Sahil Babayev: “İlk dəfə dövlət və özəl sektorda çalışan muzdluların sayı bərabərləşib”
171227
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.