Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir.
Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, hazırda Şəki, Xaltan, Şabranda yağış, Altıağac, Şahdağ, Qusar, Quba, Qaxda (Sarıbaş) qar yağır.
Şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında arabir 33 m/s-dək güclənib. Qax, Balakən, Gədəbəy, Daşkəsəndə küləyin sürəti 20 m/s, Şabranda isə 17 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metr təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:14 / 28.12.2023
Hazırda bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
Hazırda oxunan: Hazırda bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
Hazırda oxunan: Hazırda bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
171121
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.