Xəbər verdiyimiz kimi bu gün səhər 07:00-dan 07:45-dək Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən bütün qatarlar dayanıb. Nəticədə yüzlərlə sərnişin platformalarda qalıb. Yalnız saat 08.00 radələrində qatarların hərəkəti qismən bərpa edilib.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən Bizim.Media-ya bildirilib ki, güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr qatarların hərəkət qrafikindən çıxmasına səbəb olub:
“Bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə, əsasən Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarların qrafikində qismən kənaraçıxma halları qeydə alınmaqdadır. Sumqayıt-Pirşağı-Bakı dəmir yolu xətti istiqamətində güclü külək nəticəsində elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq "Azərişıq" ASC tərəfindən aradan qaldırılıb.
Eyni zamanda, güclü küləyin əsməsi ilə əlaqədar sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması baxımından bəzi sahələrdə qatarların sürət həddinin endirilməsi ilə bağlı maşinistlərə təlimat verilib”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:03 / 28.12.2023
Sumqayıt-Bakı elektrik xəttində küləyin yaratdığı nasazlıq aradan QALDIRILDI – RƏSMİ
Hazırda oxunan: Sumqayıt-Bakı elektrik xəttində küləyin yaratdığı nasazlıq aradan QALDIRILDI – RƏSMİ
Hazırda oxunan: Sumqayıt-Bakı elektrik xəttində küləyin yaratdığı nasazlıq aradan QALDIRILDI – RƏSMİ
171100
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.