Bağ evlərinin kirayə haqqı qalxıb - RƏQƏMLƏR insanı çaşdırır

Hazırda oxunan: Bağ evlərinin kirayə haqqı qalxıb - RƏQƏMLƏR insanı çaşdırır

17109

Pandemiya dövründə məktəblərin distant təhsli sisteminə keçməsi, istirahət günlərində ictimai nəqliyyatın fəaliyyət göstərməməsi və digər sərtləşmələr insanların bağ evlərinə axınını artıq sürətləndirib. Bu tendensiya bağ evlərinin həm icarə, həm də satış qiymətlərinə təsir edib.

Hər halda ötənilki hesablamalarda vəziyyətin belə olduğunu görürdük. Bəs indi necə? İsti ayların gəlməsi ilə bağ evlərinə təlabat artıb?

“MBA Consulting” MMC –nin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov Bizim.Media-ya söyləyib ki, ötən ilin mart-aprel ayı ilə müqayisədə bu il bağ evlərinin kirayəsi və alqısına təlabat nisbətən azalıb.  

Lakin bağ evlərinin ucuzlaşmasından söhbət gedə bilməz. O, qeyd edib ki, bağ evlərinin kirayəsində də artım var:  

“Ay ərzində bağ evlərinin kirayə qiyməti orta hesabla 1312 manatdan 1359 manata kimi bahalaşıb. Bu da o deməkdir ki, ay ərzində 0,58 faiz artım olub. İl ərzində isə kirayə evlərin qiymətində 7, 187 faiz yüksəlmə müşahidə edilib”. 

Ekspert bağ evlərinin bahalı olduğu ərazilərindən də danışıb. 

“Mərdəkan, Bilgəh, Şüvəlan, Buzovnada bağ evlərinin kirayəsi və satışı bahadır. Dənizə yaxın ən ucuz bağ evləri isə Hövsan ərazisində yerləşir. Burada  bir aylıq kirayənin qiyməti 590 manat təşkil edir. Bahalı yerlərdə isə bir aylıq kirayə haqqı 3030 manatdan ibarətdir.

Bağ evlərində orta satış qiyməti 971 manat kv.m, bahalı ərazilərdə isə orta qiymət 1690 manat.kv.m, ucuz ərazilərdə isə 660 manat.kv.m təşkil edir. Mart ayı ərzində  belə evlərin satılmasında 1, 25 faiz artım olub. Ötən illə müqayisə edəndə 19,93 faiz bahalaşma müşahidə edilib”.  

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin