Mingəçevirdə qanunsuz balıq ovunun qarşısı alınıb - FOTO

Hazırda oxunan: Mingəçevirdə qanunsuz balıq ovunun qarşısı alınıb - FOTO

171042

Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə hüquqazidd əməllərin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Mingəçevir su anbarında və Kür çayında qanunla qadağan edilmiş vasitələrdən istifadə edilməklə həyata keçirilən balıq ovuna, eləcə də ekoloji cinayətlərə qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar balıqçılarla profilaktiki söhbət aparılıb, onlara qanun pozuntusuna yol verməməyi tövsiyyə olunub.

Həmçinin, polis əməkdaşları tərəfindən yol kənarında, müəyyən edilməmiş yerlərdə balıq satışını həyata keçirən şəxslərə qarşı nəzarət-yoxlama tədbirləri keçirilib.

Qanunvericiliyin tələbləri onlara izah olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin