“İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarları, o cümlədən Tərtərçay sol sahil kanalının təmir-bərpası işləri başa çatdırılıb”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib.
O bildirib ki, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının təmir-bərpa işlərinin isə yaxın günlərdə tamamlanması nəzərdə tutulub:
“Ötən müddət ərzində Laçın rayonu ərazisində yerləşən Zabuxçay su anbarının tikintisi davam etdirilib. Qız qalası su anbarından sugötürən magistral kanalın, Həkəriçay və Bərgüşadçay su anbarları və onlardan qidalanan kanalların inşası işlərinə isə önümüzdəki illərdə başlanılması nəzərdə tutulub.
Qeyd olunan layihələr Azərbaycanda su təchizatı probleminin həllində çox böyük uğur olmaqla yanaşı regionların, xüsusən də Qarabağ və Şərqi Zəngəzur vilayətlərinin sosial-iqtisadi inkişafına önəmli töhfədir”.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2023/12/27/1703666004_20221219101812_photoqlabtb.jpg)
- A-
- A
- A+
Cəmiyyət
12:56 / 27.12.2023
Suqovuşan və Xaçınçay su anbarlarının təmir işləri YEKUNLAŞDI
Hazırda oxunan: Suqovuşan və Xaçınçay su anbarlarının təmir işləri YEKUNLAŞDI
Hazırda oxunan: Suqovuşan və Xaçınçay su anbarlarının təmir işləri YEKUNLAŞDI
170964
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.