Hərbi xidmətdən yayınan şəxslər məsuliyyət daşıyırlar - XƏBƏRDARLIQ

Hazırda oxunan: Hərbi xidmətdən yayınan şəxslər məsuliyyət daşıyırlar - XƏBƏRDARLIQ

170963

“Çağırış yaşına çatan hər bir vətəndaş hərbi xidmət keçməlidir. Düşünürəm ki, bu, hər bir azərbaycanlı vətəndaşın şərəf borcudur”.

Bizim.Media xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev qurumun “Instagram” səhifəsindəki canlı yayımında çıxışı zamanı deyib.

O bildirib ki, hərbi xidmətə yararlı olduğu halda Vətənə borcunu yerinə yetirməkdən boyun qaçırmış şəxslərin müəyyən edilməsi istiqamətində işlər aparılır:

“Qeyd edim ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 321-ci maddəsində çağırış yaşına çatan şəxslərin çağırışdan boyun qaçırması, eləcə də səfərbərlikdən yayınması ilə bağlı məqamlar qanunla tənzimlənir. Belə ki, CM-in həmin maddəsi əsasında, tibbi müayinədən keçərək hərbi xidmətə yararlı olması sübuta yetirildiyi halda xidmətdən yayınan şəxslər buna görə məsuliyyət daşıyırlar. Onların barəsində müvafiq tədbirlər görüləcək.

Belə ki, 2023-cü ilin sentyabr ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) eləcə də ərazi üzrə prokurorluqlarla birlikdə hərbi xidmətdən boyun qaçırmış şəxslərin yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Birgə əməkdaşlıq çərçivəsində bu istiqamətdə tədbirlər gücləndiriləcək”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin