Ağdaşda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
Belə ki, 1965-ci il təvəllüdlü Neymətov Ərəstun Əjdər oğluna məxsus ümumi sahəsi 72 kv m olan evin 16 km sahəsi və tavan hissəsi yanıb.
Hadisə yerinə Ağdaş rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində evin digər hissəsi yanğından mühafizə olunub. Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil. Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:37 / 27.12.2023
Ağdaşda fərdi evdə YANĞIN
Hazırda oxunan: Ağdaşda fərdi evdə YANĞIN
Hazırda oxunan: Ağdaşda fərdi evdə YANĞIN
170941
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.