51 yaşlı kişi niyə intihar üçün xəstəxananın həyətini seçib? – DETALLAR

Hazırda oxunan: 51 yaşlı kişi niyə intihar üçün xəstəxananın həyətini seçib? – DETALLAR

17084

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının həyətində özünü asan 51 yaşlı kişinin intihar səbəbi məlum olub. Söhbət rayonun Əmiraslanlı kənd sakini Elbrus Səfərovdan gedir. 

Olayla bağlı Bizim.Media-ya danışan Əmiraslanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asif İsgəndərov intihar edən şəxsin içki düşkünü və səfil həyat sürdüyünü deyib:

“O vətəndaş 1970-ci ildəndir. 2005-ci ildən ailəsi ilə birgə Əmiraslanlı kəndindən Slavyanka kəndinə köçüb. Bir oğlu var. Adam spirtli içki aludəçisi idi və küçələrdə gecələyirdi. Aprelin 2-dən 3-nə keçən gecə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının girişindəki “bisetka”da özünü asdığını eşitdik. Yəqin qalmağa yeri olmayıb və oranı seçib. Yəqin xəstəxana da ona biganəlik olub, baxmayıblar. Xəstəxananın mühafizəçiləri, qeydiyyat şöbəsi və növbətçi həkimləri var. Allah hamısının gözünü bağlayıb və onu görən olmayıb”.

Asif İsgəndərovun sözlərinə görə, intihar edən Elbrus Səfərov ailəsi ilə birgə yaşamırmış:

“Bildiyim qədər içki düşgünü olduğu üçün onu həyat yoldaşı evdən çıxarıb. Ailəsi ilə münasibəti olmayıb. Rayonun mərkəzində küçələrdə gününü keçirirdi”.

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyev isə saytımıza olayla bağlı rayon polis bölməsinin məşğul olduğunu deyib:

“İntihar olayı ilə Gədəbəy Rayon Polis İdarəsi məşğul olur. Başqa heç nə  bilmirəm”, deyə baş həkim informasiya verməyib.

Məlumata görə, intihar edən Elbrus Səfərov əvvəllər avtomobil qaçırmağa görə məhkum edilib.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin