Velosiped yollarını ayırmaq üçün təhlükəsizlik sədləri quraşdırılacaq – RƏSMİ 

Hazırda oxunan: Velosiped yollarını ayırmaq üçün təhlükəsizlik sədləri quraşdırılacaq – RƏSMİ 

170813

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakıda yeni layihəyə start verib. Beləki, paytaxtın bəzi küçələrində velosiped yolları salınır. Layihə maraqlı olsa da bəzi suallar doğurur. Beləki, meqapolisə çevrilməkdə olan Bakıda kifayət qədər hərəkət sıxlığı var. Hətta pik saatlarda sürücülər saatlara tıxacda qalır. 

Digər bir məsələ isə son vaxtlar AYNA  tərəfindən Bakı şəhərində yol kənarlarında parkinqlərin yaradılmasıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda yol kəsişmələrində yaşıl boya çəkilir - FOTO


Bəs, velosiped yolları parkinqə mane ola bilərmi?

Bu suallara aydınlıq gətirmək üçün AYNA ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya bildirildi ki, velosiped yollarının salınması yeni layihədir:

“Bütün məsələlər diqqətə alınıb. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək.

Artıq müvafiq nişanlanma işlərinə başlanılıb. 

Layihə çərçivəsində yol kəsişmələrində təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə yaşıl boya çəkilir. Belə ki, həmin kəsişmələrdə yaşıl boya velosipedlərin hərəkətinin üstün olduğunu bildirir və nəqliyyat vasitələri tərəfindən zolaqla hərəkət edən velosipedçi, skuterçilərə yol verilməsini tələb edir. Eyni zamanda qeyd olunan nişanlanma mikromobillik vasitələrinə kəsişmələrdə daha diqqətli olmalarını bildirir”.

Qurumdan o da bildirildi ki, növbəti mərhələdə yol nişanları, eyni zamanda avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılacaq.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin