Azərbaycanlı iş adamı Rusiyada amansızlıqla qətlə yetirildi

Hazırda oxunan: Azərbaycanlı iş adamı Rusiyada amansızlıqla qətlə yetirildi

170787

Rusiyada azərbaycanlı iş adamı xüsusi amansızlıqla qətlə yetirilib. 

Bizim.Media “Vıstrel” Teleqram kanalına istinadən xəbər verir ki, qətl Dağıstanın Xasavyurt şəhərində baş verib. 

37 yaşlı Cabir adlı Azərbaycan vətəndaşının evinə silahlı basqın olub. 

İş adamı vəhşicəsinə döyülərək öldürülüb. Qətl zamanı onun həyat yoldaşı da evdə olub. 

Mənbə yazır ki, Cabirin kiçik məişət texnikası və qab-qacaq dükanı olub. Dünən axşam o, Dubaydan Xasavyurta qayıdıb. Hazırda polis qətli törədənləri axtarır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin