Bakı şəhərinin Xəzər rayonu ərazisində köməksiz vəziyyətdə qalan it xilas edilib.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sakinlər dərinliyi beş metr olan quyuda qalan iti çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər və bu barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat veriblər.
Daxil olmuş məlumatla bağlı FHN-nin xilasediciləri hadisə yerinə cəlb olunub və su quyusunda qalan iti xilas ediblər.
Bizim.Media