Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın evi qarət edildi

Hazırda oxunan: Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın evi qarət edildi

17078

Sabirabad rayon sakini Fatma Hüseynova Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək mart ayı ərzində onun evindən 28 min manat civarında pulun oğurlanması barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, müraciətlə əlaqədar olaraq RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.


Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinın Sabirabad rayon sakini, əvvəllər məhum edilmiş Elşən Umudov saxlanılıb. Dindirilmə zamanı E. Umudov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Fatma Hüseynova Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin