1991-ci ilin bu günündə Azərbaycan Respublikasının Xankəndi şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və burada separatçı rejim yaradılıb. Həmin tarixdə Xankəndidən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatdırılıb. Ancaq Azərbaycan xalqının iradəsi sayəsində 19 sentyabr 2023-cü ildə Xankəndi sonuncu separatçıdan azad edildə və Azərbaycanın suveren hüquqları bərpa olundu.
Bəs, dekabrın 26-da dünyada daha nələr olub?
1. 1825-ci ilin 26 dekabrında Rusiyada Dekabristlər üsyanı baş verib. Dekabristlər üsyanı rus feodal təhkimçi mühitinin cəmiyyətdə doğurduğu ədalətsizliyin və rus milli şüurunun oyanmasının nəticəsi idi. Dekabristlər üsyanı rus inqilabi fikrinin formalaşmasına, həmçinin Avropada gedən respublika hərəkatına müəyyən təsir göstərmişdi.
2. 26 dekabr 1898-ci ildə fransız alimləri Pyer və Mari Küri (Pierre və Marie Curie) radium elementini kəşf etdilər. Bununla əlaqədar onlar 1903-cü ildə Nobel Fizika Mükafatını qazandılar.
3. 26 dekabr 1905-ci ildə Cənubi Afrikanın Pretoria bölgəsində 3106 karat dəyərində "Cullinan" almazı tapıldı. 9 parçaya bölünən almazdan əldə edilən 530 karatlık dünyanın ən böyük brilyantıBöyük Britanya kral tacına yerləşdirildi.
4. 1975-ci ilin bu günü SSRİ (keçmiş Sovetlər) dünyanın ilk süpersonik təyyarəsi olan “Tu-144”ü xidmətə çıxardı.
5. “Time” jurnalının hər il yayınladığı “İlin adamları” siyahısına 1982-ci ilin 26 dekabrında ilk dəfə insan olmayan bir obyekt düşdü: bu, fərdi kompüter idi.
6. 26 dekabr 1991-ci ildə SSRİ Ali Soveti Müstəqil Dövlətlər Birliyinin yaranması ilə əlaqədar ittifaqın mövcudluğuna son qoyulması haqqında bəyannamə qəbul edib. Həmin gün Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə, ittifaq dağıldı. SSRİ-nin dağılması ilə 15 ölkə müstəqillik qazandı.
7. 2003-cü il 26 dekabr tarixində İranın Kirman əyalətində 6,6 bal gücündə zəlzələ baş verdi ki, çoxu Bəm şəhərindən olmaqla təxminən 20 min adam həyatını itirdi.
26 dekabrda həm də bu şəxsiyyətlər xatırlanır:
1.Dünya elminin korifeylərindən olan İngiltərə alimi İsaak Nyuton 1642-ci ilin bu günü anadan olub. İsaak Nyuton “Başlanğıclar” əsərində ilk dəfə Yer və Goy mexanikasının vahid sistemini yaradıb (1642-1727).
2. Böyük rus bəstəkarı, simfonik musiqinin inkişafında böyük xidmətləri olan Aleksandr Skryabin 1872-ci il 26 dekabrda anadan olub. A.Skryabinin sözsüz xor partiyaları, “Misteriya”, “Prometey”, “İlahi poema” kimi simfonik əsərləri dünya musiqisinin incilərindən sayılır (1872-1915).
3. Osmanlı dövründə antik Troya şəhərini gün üzünə çıxaran və tapdığı Troya xəzinələrini xaricə qaçıran alman həvəskar arxeoloq Henrix Şliman 1890-cı ilin bu günü Napolidə ölüb.
4. Misir xalqının istiqlaliyyət qazanmasında əvəzsiz xidmətləri olan, respublikanın görkəmli dövlət və siyasi xadimi Ənvər Sadat 1918-ci ilin 26 dekabrında dünyaya gəlib (1918-1981)
5. 26 dekabr 1910-cu ildə yazıçı Yusif Şirvan (1910–1979) anadan olub. “Şəfəq”, “Buludlar dağılır” və s. romanların müəllifidir. Rusca ədəbiyyatdan tərcümələr edib.
6. 26 dekabr 1919-cu ildə Xalq artisti, rəqqasə Əminə Dilbazi (1919 – 30.4.2010) anadan olub. “Çinar”, “Sevinc” qızlar ansambllarını yaradıb.
7. 26 dekabr 1950-ci ildə Xalq artisti Nuriyyə Əhmədova (1950 – 10.10.2015) anadan olub. Musiqili Komediya Teatrında çalışıb, “Bəxt üzüyü”, “Bağ mövsümü”, “Həm ziyarət, həm ticarət” və s. filmlərdə çəkilib.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 26.12.2023
BİZİM TƏQVİM: 26 dekabrda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 26 dekabrda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 26 dekabrda baş vermiş tarixi hadisələr
170715
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.