MSK seçki hüququ ilə bağlı seminar KEÇİRDİ – FOTO 

Hazırda oxunan: MSK seçki hüququ ilə bağlı seminar KEÇİRDİ – FOTO 

170671

Mərkəzi Seçki Komissiyası (MSK) seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminar keçirib.

Bizim.Media xəbər verir ki, seminarda MSK sədr müavini Rövzət Qasımov, Hüquq və İnsan haqları İnstitutunun İdarə Heyətinin sədri, üzvləri, dairə seçki komissiyalarının ekspert qrupu üzvləri iştirak edib.

Layihənin ilk seminarında gələn ilin fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Prezidenti seçkilərinin yüksək səviyyədə təşkil olunub, azad, ədalətli və şəffaf keçirilməsi, habelə fərqli statuslu seçki subyektlərinin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə genişmiqyaslı tədbirlərin ardıcıl və sistemli şəkildə davam etdirildiyi qeyd olunub. 

Bildirilib ki, seçki iştirakçıları üçün müxtəlif istiqamətləri əhatə edən maarifləndirmə proqramına uyğun olaraq, MSK-nın Hüquq və İnsan Haqları İnstitutu ilə birgə layihəsi çərçivəsində seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarlara start verilib. 
Seminarda, həmçinin, Mərkəzi Seçki Komissiyası nəzdində Ekspert qrupunda təmsil olunan Komissiya üzvlərinin və Hüquq və İnsan Haqları İnstitutunun mütəxəssislərinin seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri, seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması və Ekspert qruplarının fəaliyyətinin əsasları, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasında azad seçki hüququna dair çıxışları dinlənilib, əyani vəsaitlərdən istifadə etməklə mövzular barədə ətraflı məlumat verilib.

Tədbirin praktiki hissəsində seçki qanunvericiliyi və ekspert fəaliyyəti ilə bağlı kazuslar üzrə məşğələlər keçirilib, iştirakçılar sınaq testlərinin həllinə cəlb edilib. 

Qeyd edilib ki, regional seminarların dekabrın 26-da Sumqayıtda, dekabrın 27-də Gəncə və Şəkidə, o cümlədən dekabrın 29-da Naxçıvan və Masallıda keçirilməklə, ümumilikdə ölkə üzrə 125 seçki dairəsi üzrə dairə seçki komissiyalarının bütün Ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur.










Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin