Ağstafa rayonunun Aşağı kəsəmən kəndində evdən gəncin meyiti tapılıb. Ölən şəxs 1997-ci il təvəllüdlü Hüseynov Elməddin Mehman oğludur.
Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saat 10 radələrində qonşunun Elməddini səsləməsindən sonra bəlli olub.
Belə ki, Qurban Orucov qonşusunu səsləyib, lakin evdən kimsənin cavab verməməsi onu evə qədər gətirib.
Yaxınları bildirir ki, Elməddin Hüseynov evdə tək yaşayırmış. İki bacının bir qardaşı olan 26 yaşlı gənc subay idi. Gəncin bacısı bir neçə gün idi ki, əlaqənin itdiyini deyir.
Meyit müayinə olunmaq ücün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağstafa regional mərkəzinə gətirilib. Meyitdən götürüləcək nümunələrdən sonra hadisənin təfərrüatları məlum olacaq.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media