Bakıdan Kürdəmirə gələn qonaq dəm qazından boğulub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü İsmayılov Bayram Əbülfəz oğlu qonaq gəldiyi evin hamam otağında yuyunarkən dəm qazından boğulub.
Yaxınları onu dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Həkimlər dərhal xəstəni nəzarətə götürüb və ona ilkin tibbi yardım göstəriblər.
Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
00:00 / 25.12.2023
Kürdəmirdə bir nəfər dəm qazından boğuldu
Hazırda oxunan: Kürdəmirdə bir nəfər dəm qazından boğuldu
Hazırda oxunan: Kürdəmirdə bir nəfər dəm qazından boğuldu
170602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.