Peşəkar Futbol Liqasının prezidenti palataya köçürüldü

Hazırda oxunan: Peşəkar Futbol Liqasının prezidenti palataya köçürüldü

170537

Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov palataya köçürülüb.

Bu barədə Bizim.Media-ya Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

Onun sözlərinə görə, funksionerin reanimasiyadakı müalicəsi başa çatıb.

Qeyd edək ki, Peşəkar Futbol Liqasının qəzada xəsarət alan əməkdaşlarından icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov və Sənan Abdullayev evə buraxılıblar. PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin müalicəsi isə xəstəxanada davam etdirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin