Cəlilabad və Biləsuvarda küləkdən 16 nəfər XƏSARƏT ALIB

Hazırda oxunan: Cəlilabad və Biləsuvarda küləkdən 16 nəfər XƏSARƏT ALIB

170466

Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü külək əsir.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, axşam saatlarından etibarən güclü külək əsməyə başlayıb.

Faktiki hava şəraiti səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.

Digər fəsadların olub-olmaması araşdırılır.

Həmçinin son 1 neçə saat ərzində Cəlilabad təcili tibbi yardım stansiyasına 10, Biləsuvar təcili tibbi yardım stansiyasına isə 6 çağırış daxil olub.

Hazırda bölgədə küləkli hava şəraiti davam edir.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin