Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bizim.Media xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Sabunçu rayonu 67 nömrəli tam orta məktəbdə, Sumqayıt Regional Mərkəzi tərəfindən 2 nömrəli Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində və 31 nömrəli tam orta məktəbdə, Cənub Regional Mərkəzi tərəfindən Astara Pedaqoji Kollecində, Cəlilabad şəhər Nizami Gəncəvi adına 1 nömrəli Humanitar və Təbiət fənləri təmayüllü məktəb-liseydə və Masallı rayonu, Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbdə, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonu, Samur qəsəbə və Bədişqala kənd tam orta məktəblərində, Aran Regional Mərkəzi tərəfindən Ağdaş rayonu, Şəkili kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonu, Zirik kənd ümumi orta və Arzulla Rəhimov adına Dızaxlı kənd tam orta məktəblərində, Muğan Regional Mərkəzi tərəfindən Neftçala rayonu, Bankə qəsəbəsi 2 saylı tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
Bizim.Media