Yas mərasimi keçirənlər cərimələndi

Hazırda oxunan: Yas mərasimi keçirənlər cərimələndi

17045

Hacıqabulda yas mərasimi keçirilməsinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirilən reyd zamanı Axtaçı-Şirvan kəndi ərazisində Qafarov Şahmar Həmzəxan oğlunun  fərdi yaşayış evində yas mərasiminin (il mərasimi) keçirildiyi aşkar edilib.

Reyd zamanı həmin ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və daha 7 nəfər polis idarəsinə dəvət olunub, onlarla maarifləndirici söhbətlər aparılıb, karantin vaxtı mərasimlərin keçirilməsinin qadağan olunduğu onlara izah edilib.

Polislər tərəfindən mərasimdə iştirak edən 8 nəfər barəsində inzibati protokol tərtib edilib. Mərasimdə iştirak edən qadınlarla yerində izahedici söhbətlər aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin