Bu gecə şəhid olan hərbçimiz dəfn edildi”“ FOTO

Hazırda oxunan: Bu gecə şəhid olan hərbçimiz dəfn edildi”“ FOTO

170429
Düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuz şəhid olub.

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri Elvin Süleyman oğlu Əhmədov Tovuz rayonunun Yanıqlı kənd qəbiristanlığında dəfn edilib.

Moderator.az Report-a istinadən xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyəti və şəhidin doğmaları iştirak edib.

Şəhidin tabutu üzərinə sərilən Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim edilib. Fəxri qarovul dəstəsinin yaylım atəşindən sonra şəhid alqış sədaları altında son mənzilə yola salınıb.

Qeyd edək ki, əsgər E.Əhmədov erməni hərbi birləşmələrinin cəbhə xəttində təxribat cəhdlərinin qarşısını alarkən yaralanıb. O, xa0hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub.

Allah rəhmət eləsin!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin