“2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar MSK-nın seçki hüququ ilə bağlı regional seminarlarına paytaxt Bakıda yanvarın 25-dən start veriləcək”.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
Tələbələrin səsvermə prosesində iştirakından danışan MSK sədri onların səsvermə zamanı valideynlərinin yanında olmalarını məqbul hesab edib:
“Səsvermə günü tələbələr universitetlərdə olmayacaq. Tətil günündə tələbələr müxtəlif yerlərə gedə bilərlər. Ona görə tələbələr harada olur- olsun, səs verə bilməlidir.
M. Pənahov bildirib ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayevlə müzakirələr aparılıb:
“Siyahını verməyə hazırdılar. Tələbələrin səsverməsi məsələsini dəqiqləşdirməliyik. Tələbələr əgər 6 ay bir evdə kirayə qalırsa, artıq orada səs verə bilər, yox əgər kirayədən çıxırsa, qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verməlidir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:01 / 23.12.2023
Məzahir Pənahov: “Səsvermə günü tələbələr universitetlərdə olmayacaqlar”
Hazırda oxunan: Məzahir Pənahov: “Səsvermə günü tələbələr universitetlərdə olmayacaqlar”
Hazırda oxunan: Məzahir Pənahov: “Səsvermə günü tələbələr universitetlərdə olmayacaqlar”
170428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.